Türk ordusuna xain hücum: Bir əsgər şəhid oldu
![]()
..Suriya-Türkiyə sərhədində açılan atəş nəticəsində türk ordusunun bir hərbçisi yaralanıb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, təcili yardımla xəstəxanaya aparılan 29 yaşlı çavuş bütün müdaxilələrə baxmayaraq şəhid olub.
Məlumata görə, Suriya sərhəd xəttində xidmət edən əsgərlər Suriya ərazisindən qeyri-qanuni keçmək istəyən naməlum şəxslərə “Dayan” xəbərdarlığı edib. Bundan sonra açılan atəş nəticəsində ağır yaralanan 29 yaşlı çavuş xəstəxanada şəhid olub.
Rubrika.az
Facebook-da paylaş















