Əsas Səhifə > Cəmiyyət > Kişi ailə üzvü tərəfindən bıçaqlandı
Kişi ailə üzvü tərəfindən bıçaqlandı29-11-2021, 10:17 |
|
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Rubrika.az xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb. 1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./APA Rubrika.Az Geri qayıt |