Kişi ailə üzvü tərəfindən bıçaqlandı
![]()
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.az xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.
1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./APA
Rubrika.Az
Facebook-da paylaş






