Əsas Səhifə > İdman > Millimiz Ukrayna ilə eyni qrupda
Millimiz Ukrayna ilə eyni qrupda8-12-2021, 16:06 |
|
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteynlə mübarizə aparacaq. Bu qrupun oyunları 24-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək. Avropa çempionaının final mərhələsi 2023-cü ildə Macarıstanda təşkil olunacaq. RUBRİKA.AZ Geri qayıt |