Millimiz Ukrayna ilə eyni qrupda
![]()
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteynlə mübarizə aparacaq.
Bu qrupun oyunları 24-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.
Avropa çempionaının final mərhələsi 2023-cü ildə Macarıstanda təşkil olunacaq.
RUBRİKA.AZ
Facebook-da paylaş








