Əsas Səhifə > Cəmiyyət > Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?
Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?14-12-2021, 10:56 |
|
Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək. RUBRİKA.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək. "Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək", - deyə G.Məmmədova bildirib. RUBRİKAAZ Geri qayıt |