Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?
![]()
Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.
RUBRİKA.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.
"Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək", - deyə G.Məmmədova bildirib.
RUBRİKAAZ
Facebook-da paylaş













