Əsas Səhifə > Dünya > Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır
Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır12-01-2022, 15:53 |
|
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək. O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib: "Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi".(“Report”) Rubrika.Az Geri qayıt |