Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır
![]()
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.
O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib:
"Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi".(“Report”)
Rubrika.Az
Facebook-da paylaş














