Əsas Səhifə > Cəmiyyət > Bakı metrosunda sərnişin ölüb
Bakı metrosunda sərnişin ölüb12-04-2022, 09:20 |
|
Səhər saat təxminən 06:30-da yaşlı bir kişi “Əhmədli” metro stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib. Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb. Rubrika.Az Geri qayıt |