Bakı metrosunda sərnişin ölüb
![]()
Səhər saat təxminən 06:30-da yaşlı bir kişi “Əhmədli” metro stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.
Rubrika.Az
Facebook-da paylaş













