Əsas Səhifə > Manşet > AZƏRBAYCAN GƏNCLİYİNƏ UTANC GƏTİRƏNLƏR
AZƏRBAYCAN GƏNCLİYİNƏ UTANC GƏTİRƏNLƏR17-04-2022, 23:05 |
|
Bu gün rusiyalı blogger Hüseyn Həsənovun Bakıya səfəri zamanı ticarət mərkəzlərindən birində yaşananlar gənc nəsil adına bir utancdır. .Özünü hansısa bir İnstagram məhşurunun ayaqları altına atan,vəhşi kimi çığır-bağır salan, bir İpone telefonundan ötrü az qala əl açıb yalvaran bu cırıq şalvar geyinən "Hüseyn aşiqləri" Azərbaycan gəncliyi olamaz ! Azərbaycan gəncliyi 44 gündə qanıyla bu torpaqları suvarıb Vətən edənlərdi, alnımızdakı ləkəni təmizləyənlərdi, Şuşada zəfər dastanını yazanlardı. Azərbaycan gəncliyi düşmənə qan udduran fədailərdi. Bir bloggerin qarşısında atılıb-düşən, əcaib səslər çıxaranlar bizim gələcəyimiz olamaz! Heç 44 gündə onların birini gördünüzmü ! Əsla. Rubrika.Az Geri qayıt |