AZƏRBAYCAN GƏNCLİYİNƏ UTANC GƏTİRƏNLƏR
Bu gün rusiyalı blogger Hüseyn Həsənovun Bakıya səfəri zamanı ticarət mərkəzlərindən birində yaşananlar gənc nəsil adına bir utancdır..
Özünü hansısa bir İnstagram məhşurunun ayaqları altına atan,vəhşi kimi çığır-bağır salan, bir İpone telefonundan ötrü az qala əl açıb yalvaran bu cırıq şalvar geyinən "Hüseyn aşiqləri" Azərbaycan gəncliyi olamaz ! Azərbaycan gəncliyi 44 gündə qanıyla bu torpaqları suvarıb Vətən edənlərdi, alnımızdakı ləkəni təmizləyənlərdi, Şuşada zəfər dastanını yazanlardı. Azərbaycan gəncliyi düşmənə qan udduran fədailərdi.
Bir bloggerin qarşısında atılıb-düşən, əcaib səslər çıxaranlar bizim gələcəyimiz olamaz! Heç 44 gündə onların birini gördünüzmü ! Əsla.
Rubrika.Az
Facebook-da paylaş











