Əsas Səhifə > Dünya > Ukraynada Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb

Ukraynada Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb


18-04-2022, 17:25
Ukraynada Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb

Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində yayıb.

Bildirilib ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunur. Hərbi hissənin şərti nömrəsi 21 555-dir.(“Report”)

RUBRİKA.AZ
Geri qayıt