Ukraynada Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb
![]()
Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb.
Məlumatı Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində yayıb.
Bildirilib ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunur. Hərbi hissənin şərti nömrəsi 21 555-dir.(“Report”)
RUBRİKA.AZ
Facebook-da paylaş












