Əsas Səhifə > Cəmiyyət > 11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı
11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı14-06-2022, 22:50 |
![]() Füzulidə 11-ci sinif şagirdi itkin düşüb. Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb. Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |