11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı

Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.
Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.
Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













