Əsas Səhifə > Cəmiyyət > Kürdəxanıda evdə yanğın olub, körpə əkiz bacılar ölüb - Yenilənib
Kürdəxanıda evdə yanğın olub, körpə əkiz bacılar ölüb - Yenilənib29-06-2022, 10:38 |
|
Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacı ölüb. Yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər. Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıb. *** TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək. *** Bakıda dəhşətli yanğın olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Rubrika.Az Geri qayıt |