Kürdəxanıda evdə yanğın olub, körpə əkiz bacılar ölüb - Yenilənib
![]()
Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacı ölüb.
Yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıb.
***
TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək.
***
Bakıda dəhşətli yanğın olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Rubrika.Az
Facebook-da paylaş











