Əsas Səhifə > Dünya > Rusiya Vinnitsa şəhərinə raket zərbələri endirib, 20 nəfər ölüb, 90 nəfər yaralanıb - Fotolar, Yenilənib
Rusiya Vinnitsa şəhərinə raket zərbələri endirib, 20 nəfər ölüb, 90 nəfər yaralanıb - Fotolar, Yenilənib14-07-2022, 16:44 |
|
Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb. APA Unian.net-ə istinadən xəbər verir ki, ölənlərdən 2-si uşaqdır. Rusiyanın atdığı "Kalibr" raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir. *** Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb. “Report” “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib. Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir. Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var. RUBRİKA.AZ Geri qayıt |