Rusiya Vinnitsa şəhərinə raket zərbələri endirib, 20 nəfər ölüb, 90 nəfər yaralanıb - Fotolar, Yenilənib
![]()
Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb.
APA Unian.net-ə istinadən xəbər verir ki, ölənlərdən 2-si uşaqdır.
Rusiyanın atdığı "Kalibr" raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir.
***
Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
“Report” “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.
Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.
Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.
RUBRİKA.AZ
Facebook-da paylaş


















