Əsas Səhifə > Səhiyyə > TƏBİB Lerikdə ağır qəzada xəsarət alanlar barədə məlumat yayıb
TƏBİB Lerikdə ağır qəzada xəsarət alanlar barədə məlumat yayıb5-09-2022, 10:54 |
|
Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub. Rubrika.Az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir. Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək. Rubrika.Az Geri qayıt |