TƏBİB Lerikdə ağır qəzada xəsarət alanlar barədə məlumat yayıb
![]()
Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Rubrika.Az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
Rubrika.Az
Facebook-da paylaş










