Əsas Səhifə > RubrikaTV Video > Ukrayna ordusu Xarkov vilayətinin daha iki yaşayış məntəqəsinə daxil olub
Ukrayna ordusu Xarkov vilayətinin daha iki yaşayış məntəqəsinə daxil olub12-09-2022, 08:52 |
|
Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar. Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamaya istinadən xəbər verir. "Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir", - hərbçilər yaydığı videoda deyirlər. Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb. https://www.facebook.com/watch/?v=378701454417927 RUBRIKA.AZ Geri qayıt |