Ukrayna ordusu Xarkov vilayətinin daha iki yaşayış məntəqəsinə daxil olub
Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar.Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamaya istinadən xəbər verir.
"Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir", - hərbçilər yaydığı videoda deyirlər.
Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb.
https://www.facebook.com/watch/?v=378701454417927
RUBRIKA.AZ
Facebook-da paylaş











