Əsas Səhifə > Dünya > Türkiyə XİN başçısının müavini: “Azərbaycan xalqına səbir diləyirik”
Türkiyə XİN başçısının müavini: “Azərbaycan xalqına səbir diləyirik”14-09-2022, 10:00 |
|
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycana başsağlığı verib. RUBRİKA.AZ xəbər verir ki, nazir müavini bu barədə tviter hesabında yazıb. “Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarda şəhid olan Azərbaycan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına və can Azərbaycan xalqına səbir diləyirik. Başımız sağ olsun. Daim qardaş Azərbaycanın yanındayıq”, - Yavuz Səlim Kıran sosial şəbəkə hesabında qeyd edib. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. RUBRİKA.AZ Geri qayıt |