Türkiyə XİN başçısının müavini: “Azərbaycan xalqına səbir diləyirik”
![]()
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycana başsağlığı verib.
RUBRİKA.AZ xəbər verir ki, nazir müavini bu barədə tviter hesabında yazıb.
“Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarda şəhid olan Azərbaycan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına və can Azərbaycan xalqına səbir diləyirik.
Başımız sağ olsun.
Daim qardaş Azərbaycanın yanındayıq”, - Yavuz Səlim Kıran sosial şəbəkə hesabında qeyd edib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
RUBRİKA.AZ
Facebook-da paylaş









