Əsas Səhifə > İdman > "Qalatasaray" daha bir ulduz futbolçunu transfer edir

"Qalatasaray" daha bir ulduz futbolçunu transfer edir


15-09-2022, 22:39
"Qalatasaray" daha bir ulduz futbolçunu transfer edir

Türkiyənin "Qalatasaray" klubu sıralarını daha bir məşhur futbolçuyla gücləndirməyə hazırlaşır.

İstanbul təmsilçisi "Lester"in türkiyəli müdafiəçisi Çağlar Söyüncünü transfer edəcək. 26 yaşlı futbolçu cari mövsümün sonunda "cim-bom"a keçəcək.

Qeyd edək ki, Çağlar 2018-ci ildən İngiltərə klubunun şərəfini qoruyur. Onun "tülkülər"lə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.

Rubrika.Az
Geri qayıt