"Qalatasaray" daha bir ulduz futbolçunu transfer edir
![]()
Türkiyənin "Qalatasaray" klubu sıralarını daha bir məşhur futbolçuyla gücləndirməyə hazırlaşır.
İstanbul təmsilçisi "Lester"in türkiyəli müdafiəçisi Çağlar Söyüncünü transfer edəcək. 26 yaşlı futbolçu cari mövsümün sonunda "cim-bom"a keçəcək.
Qeyd edək ki, Çağlar 2018-ci ildən İngiltərə klubunun şərəfini qoruyur. Onun "tülkülər"lə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.
Rubrika.Az
Facebook-da paylaş














