Əsas Səhifə > Dünya > NATO Rusiyaya qatılmaq üçün referendumları qeyri-legitim hesab edir

NATO Rusiyaya qatılmaq üçün referendumları qeyri-legitim hesab edir


20-09-2022, 22:54
NATO Rusiyaya qatılmaq üçün referendumları qeyri-legitim hesab edir

NATO Rusiyanın tərkibinə daxil olmaq üçün Ukraynanın Donbass, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçiriləcək referendumları qeyri-legitim hesab edir.

Bu barədə çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Bu, növbəti eskalasiyadır... Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn kobud şəkildə pozulmasını pisləməli və Ukraynaya dəstəyi artırmalıdır”, - o, “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, sözügedən referendumlar sentyabrın 23-dən 27-dək keçiriləcək.

Rubrika.az
Geri qayıt