NATO Rusiyaya qatılmaq üçün referendumları qeyri-legitim hesab edir
![]()
NATO Rusiyanın tərkibinə daxil olmaq üçün Ukraynanın Donbass, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçiriləcək referendumları qeyri-legitim hesab edir.
Bu barədə çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Bu, növbəti eskalasiyadır... Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn kobud şəkildə pozulmasını pisləməli və Ukraynaya dəstəyi artırmalıdır”, - o, “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, sözügedən referendumlar sentyabrın 23-dən 27-dək keçiriləcək.
Rubrika.az
Facebook-da paylaş









