Əsas Səhifə > Aktual > Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub - Cavab tədbirləri görülüb

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub - Cavab tədbirləri görülüb


12-10-2022, 16:56
Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub - Cavab tədbirləri görülüb

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub.

Rubrika.Az Müdafiə Nazirliyinə istinadla bildirir ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb

Rubrika.Az
Geri qayıt