Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub - Cavab tədbirləri görülüb
![]()
Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub.
Rubrika.Az Müdafiə Nazirliyinə istinadla bildirir ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb
Rubrika.Az
Facebook-da paylaş














