Əsas Səhifə > Aktual > Şəmkirin həbs olunan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub
Şəmkirin həbs olunan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub17-10-2022, 14:25 |
![]() Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun barəsindəki cinyat işinin ibtidai istintaqı yekunlaşmaq iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icrasına verilib. İş üzrə məhkəmənin ilkin baxışı noyabrın 10-na təyin edilib. Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. //trend// Rubrika.az Geri qayıt |