Şəmkirin həbs olunan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub

Cinayət işi hakim Nural Əliyevin icrasına verilib.
İş üzrə məhkəmənin ilkin baxışı noyabrın 10-na təyin edilib.
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. //trend//
Rubrika.az
Facebook-da paylaş















