Əsas Səhifə > Gündəm > Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - Yenilənib
Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - Yenilənib28-10-2022, 12:28 |
|
Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb... MDB-yə üzv dövlətlərin hökumət başçılarının növbəti iclası 2023-cü il iyunun 2-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin başçısı Sergey Lebedev bildirib. Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrlik Qırğız Respublikasına keçir. *** Məlumatı “Sputnik Kazaxıstan” yayıb. Bildirilib ki, iclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub. Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı bu ilin mayında videokonfrans formatında baş tutub. Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğız Respublikasına keçəcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq. İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.(report.az) RUBRIKA.AZ Geri qayıt |