Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - Yenilənib
![]()
Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb...
MDB-yə üzv dövlətlərin hökumət başçılarının növbəti iclası 2023-cü il iyunun 2-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin başçısı Sergey Lebedev bildirib.
Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrlik Qırğız Respublikasına keçir.
***
Məlumatı “Sputnik Kazaxıstan” yayıb.
Bildirilib ki, iclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı bu ilin mayında videokonfrans formatında baş tutub.
Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğız Respublikasına keçəcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq.
İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.(report.az)
RUBRIKA.AZ
Facebook-da paylaş











