Əsas Səhifə > Cəmiyyət > Bakıda 9-cu mərtəbədən yıxılan gəncin son durumu açıqlandı - Yenilənib
Bakıda 9-cu mərtəbədən yıxılan gəncin son durumu açıqlandı - Yenilənib31-10-2022, 10:31 |
|
Hadisənin təffərüatları araşdırılır... Bakıda 9-cu mərtəbədən yıxılan gənc oğlanın son durumu açıqlanıb. Pravda.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə oktyabrın 30-u saat 17 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü M.Fərəcov yaşadığı 10 nömrəli binanın 9-cu mərtəbəsində olan mənzilin yataq otağının pəncərəsindən yerə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin müayinə nəticəsində M.Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib. M.Fərəcov komadadır, danışa bilmir. Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. *** Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisənin təffərüatları araşdırılır. Rubrika.Az Geri qayıt |