Əsas Səhifə > Cəmiyyət > DTX-nin əməliyyatında saxlanılan nazir müavininin DOSYESİ
DTX-nin əməliyyatında saxlanılan nazir müavininin DOSYESİ1-11-2022, 14:51 |
|
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib. İddia edilib ki, əməliyyat zamanı nazir müavini Elnur Əli oğlu Əliyev saxlanılaraq, istintaqa cəlb edilib. Rubrika.Az Oxu.Az-a istinadla saxlanılan nazir müavininin dosyesini təqdim edir: Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib. Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib. Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib. O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb. 2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. E. Əliyev ingilis, rus, fransız dillərində danışır. Evlidir, üç övladı var. Rubrka.Az Geri qayıt |