DTX-nin əməliyyatında saxlanılan nazir müavininin DOSYESİ
![]()
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib.
İddia edilib ki, əməliyyat zamanı nazir müavini Elnur Əli oğlu Əliyev saxlanılaraq, istintaqa cəlb edilib.
Rubrika.Az Oxu.Az-a istinadla saxlanılan nazir müavininin dosyesini təqdim edir:
Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.
Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib.
Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib.
O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.
Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
E. Əliyev ingilis, rus, fransız dillərində danışır.
Evlidir, üç övladı var.
Rubrka.Az
Facebook-da paylaş













