Əsas Səhifə > Cəmiyyət > Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN məsələni nəzarətə götürüb

Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN məsələni nəzarətə götürüb


4-11-2022, 15:53
Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN məsələni nəzarətə götürüb

Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar...

Rubrika.az-ın xəbərinə görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək"

RUBRIKA.AZ
Geri qayıt