Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN məsələni nəzarətə götürüb
![]()
Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar...
Rubrika.az-ın xəbərinə görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək"
RUBRIKA.AZ
Facebook-da paylaş










