Əsas Səhifə > Aktual > Prezidentin açılışını etdiyi fabrik məhkəməyə verildi
Prezidentin açılışını etdiyi fabrik məhkəməyə verildi6-12-2022, 17:41 |
|
Prezident İlham Əliyevin açılışını etdiyi fabrik AFB bank tərəfindən məhkəməyə verilib. RUBRİKA.AZ tribunainfo.az-a istinadla xəbər verir ki, Şirvan Kommersiya Məhkəməsində hakim Elşən Abdullayevin sədrliyi ilə işə baxılıb. “AFB BANK” Açıq Səhmdar Cəmiyyəti cavabdeh tərəf “Cənub-Aqro” MMC-nin sahibi İmaməddin Fəttayevə qarşı iddia irəli sürüb. İddiaçının məhkəməyə müraciət səbəbi müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməməsi və ipoteka müqaviləsi üzrə mübahisələrdir. Növbəti proses dekabr ayının 22-nə təyin edilib. Xatırladaq ki, bankla məhkəməlik olan “Cənub-Aqro” MMC-nin açılışını 2017-ci ilin sentyabrında Prezident İlham Əliyev edib. RUBRİKA.AZ Geri qayıt |