Prezidentin açılışını etdiyi fabrik məhkəməyə verildi
![]()
Prezident İlham Əliyevin açılışını etdiyi fabrik AFB bank tərəfindən məhkəməyə verilib.
RUBRİKA.AZ tribunainfo.az-a istinadla xəbər verir ki, Şirvan Kommersiya Məhkəməsində hakim Elşən Abdullayevin sədrliyi ilə işə baxılıb.
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti cavabdeh tərəf “Cənub-Aqro” MMC-nin sahibi İmaməddin Fəttayevə qarşı iddia irəli sürüb.
İddiaçının məhkəməyə müraciət səbəbi müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməməsi və ipoteka müqaviləsi üzrə mübahisələrdir.
Növbəti proses dekabr ayının 22-nə təyin edilib.
Xatırladaq ki, bankla məhkəməlik olan “Cənub-Aqro” MMC-nin açılışını 2017-ci ilin sentyabrında Prezident İlham Əliyev edib.
RUBRİKA.AZ
Facebook-da paylaş










