Əsas Səhifə > Aktual > Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb, 26 nəfər yaralanıb - Yenilənib

Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb, 26 nəfər yaralanıb - Yenilənib


18-01-2023, 12:47
Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb, 26 nəfər yaralanıb - Yenilənib

Ölənlərdən üçü uşaqdır...

Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb.
Bunu Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.
Ölənlərdən üçü uşaqdır.
Qəza nəticəsində 26 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

***

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
UNİAN-ın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb və onların arasında uşaqların olması ehtimalı var.
Kiyev vilayəti polisinin mətbuat katibi İrina Pryanişnikova bir nəfərin öldüyünü açıqlayıb.

RUBRIKA.AZ
Geri qayıt