Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb, 26 nəfər yaralanıb - Yenilənib
![]()
Ölənlərdən üçü uşaqdır...
Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb.
Bunu Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.
Ölənlərdən üçü uşaqdır.
Qəza nəticəsində 26 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
***
Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
UNİAN-ın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb və onların arasında uşaqların olması ehtimalı var.
Kiyev vilayəti polisinin mətbuat katibi İrina Pryanişnikova bir nəfərin öldüyünü açıqlayıb.
RUBRIKA.AZ
Facebook-da paylaş







