Əsas Səhifə > Gündəm, Dünya > Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub - YENİLƏNİB
Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub - YENİLƏNİB8-02-2023, 16:27 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir. Dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib. R.T.Ərdoğan axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub. Dövlət başçısına son vəziyyət barədə məlumat verilib. 13:55 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb. Bu barədə onun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq. Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. RUBRIKA.AZ Geri qayıt |