Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub - YENİLƏNİB
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir.
Dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib.
R.T.Ərdoğan axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub.
Dövlət başçısına son vəziyyət barədə məlumat verilib.
13:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.
Bu barədə onun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
RUBRIKA.AZ
Facebook-da paylaş
















