Əsas Səhifə > Dünya > Gürcü deputat: Hakim partiya uduzacaq, Rusiya ilə əlaqəsi olan hər kəs cavab verəcək
Gürcü deputat: Hakim partiya uduzacaq, Rusiya ilə əlaqəsi olan hər kəs cavab verəcək2-08-2023, 17:14 |
|
2024-cü ildə keçiriləcək parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının qalib gəlmək ehtimalı azdır... Bunu Gürcüstanın müxalifətçi deputat Paata Mancqaladze "Birinci Kanal"a deyib. Onun sözlərinə görə, cəmiyyət respublikanın hakimiyyət orqanlarına real münasibətini səsvermə zamanı göstərəcək: “2024-cü ildə “Gürcü Arzusu”na siyasi hökm veriləcək, biz qisas almaq fikrində deyilik, lakin Rusiya ilə əlaqəsi olan hər kəs cavab verəcək. Əgər seçki sistemi proporsional olsaydı, “Gürcü Arzusu” əvvəlki seçkiləri uduzardı”. O əlavə edib ki, Gürcüstanı indiki hakimiyyətdən xilas etmək lazımdır. Mancqaladze vurğulayıb ki, hər bir gürcü 2024-cü ildə müxalifətin hakim partiya üzərində qələbəsinin bir hissəsinə çevrilə bilər. Rubrika.az Geri qayıt |