Gürcü deputat: Hakim partiya uduzacaq, Rusiya ilə əlaqəsi olan hər kəs cavab verəcək
![]()
2024-cü ildə keçiriləcək parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının qalib gəlmək ehtimalı azdır...
Bunu Gürcüstanın müxalifətçi deputat Paata Mancqaladze "Birinci Kanal"a deyib.
Onun sözlərinə görə, cəmiyyət respublikanın hakimiyyət orqanlarına real münasibətini səsvermə zamanı göstərəcək:
“2024-cü ildə “Gürcü Arzusu”na siyasi hökm veriləcək, biz qisas almaq fikrində deyilik, lakin Rusiya ilə əlaqəsi olan hər kəs cavab verəcək. Əgər seçki sistemi proporsional olsaydı, “Gürcü Arzusu” əvvəlki seçkiləri uduzardı”.
O əlavə edib ki, Gürcüstanı indiki hakimiyyətdən xilas etmək lazımdır. Mancqaladze vurğulayıb ki, hər bir gürcü 2024-cü ildə müxalifətin hakim partiya üzərində qələbəsinin bir hissəsinə çevrilə bilər.
Rubrika.az
Facebook-da paylaş













